“Tükənmiş uran sursatları Ukrayna torpaqlarını yox edəcək” - Lavrov
“Böyük Britaniyanın Ukraynaya tükənmiş uran sursatları verməsi münaqişənin daha da gərginləşməsi istiqamətində bir addım olacaq”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Bu, eskalasiyanın növbəti keyfiyyətcə, ciddi artımına doğru addımdır”, deyə Rusiya XİN başçısı vurğulayıb.
Lavrov xatırladıb ki, Yuqoslaviya və İraqda tükənmiş uran sursatlarından istifadəsi onkoloji xəstəliklərin və torpaq çirklənməsinin kəskin artmasına səbəb olub:
Sitat
“Bu, yeri gəlmişkən, Qərbin Ukraynada kənd təsərrüfatı istehsalının artırılmasının qayğısına qalması və Ukrayna taxılının inkişaf etməkdə olan ölkələrə, o cümlədən Afrikaya ixracına diqqət yetirməsi ilə bağlıdır. Tükənmiş uran döyüş sursatlarının istifadəsi Ukraynanın yüksək keyfiyyətli, çirklənməmiş qida istehsal etmək imkanlarını, kəskin şəkildə azaldacaq".
Sitatın sonu
Eyni zamanda, Lavrov qeyd edib ki, bir sıra ölkələr, o cümlədən aparıcı Qərb ölkələri tükənmiş uran sursatlarının istifadəsini qadağan edən beynəlxalq konvensiyanın hazırlanmasına mane olur.
“Əlamətdardır ki, konvensiya olmadığı halda, BMT Baş Assambleyası müntəzəm olaraq tükənmiş uran sursatlarının istehsal olunmamasına və istifadə edilməməsinə çağıran qətnamələrə baxır”, - deyə Rusiya XİN başçısı əlavə edib.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib