Tüfeyli həyat tərzi keçirən kişi yanmaqdan son anda xilas olundu
Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub. APA TV xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş verdiyi və hər an genişlənərək mənzillərə keçmə riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib. Yanğın zamanı binanın damında tüfeyli həyat tərzi keçirən 1 nəfər kişi yanğınsöndürənlər tərəfindən xilas olunub. Mənzillər və dam örtüyünün böyük hissəsi yanğından mühafizə olunub.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi