Tramp orduya səsləndi: İrana müharibə mesajı - RUSİYADAN REAKSİYA

 

“Səudiyyə Ərəbistanına hücumlar davam edəcək”. APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, Yəmən husilərinin bəyanatında belə deyilir.

Şiə qruplaşması bunu istənilən vaxt həyata keçirmək əzmində olduqlarını iddia edir. Hətta Səudiyyə Ərəbistanında olan xarici ölkələrin vətəndaşlarına oranı tərk etmək barədə xəbərdarlıq edilib.

Husilərin təmsilçisi Yəhya Sarea Ər-Riyadın yalnız bir halda rahat ola biləcəyini vurğulayıb - Yəmənə qarşı aqressiv mövqeyinə son qoyacağı halda.

Bu bəyanat Ər-Riyaddan öncə ABŞ-ı hərəkətə gətirib. Donald Tramp bu cəsarətin arxasında İran dəstəyinin aydın sezildiyini bildirib. Ağ Ev sahibinin hətta hərbi hazırlığa başlamaq haqqında göstəriş verdiyi iddia edilir.

Vaşinqtondan bildirilib ki, vəziyyət İranın regional proksi müharibələrini Yaxın Şərqin təhlükəsizlik probleminin mərkəzinə qoyur: “Asiyanın bir çox ölkəsi üçün bu, Hörmüz boğazındakı tankerlərin təhlükəsizliyi baxımından əbədi narahatlıq, səudiyyəlilər və müttəfiqləri üçün isə İranla müharibənin qaçılmazlığı deməkdir. Bütün bunlar isə dünyanın ABŞ-ın İrana qarşı sərt sanksiyalarını dəstəkləyəcəyi anlamına gəlir”.

Rusiya da susqunluğunu pozub. Daha çox iqtisadi yüklü açıqlamalara üstünlük verən Moskva Ər-Riyadla əlaqələrin intensivləşdiyini diqqətə çatdırıb.

Rusiyanin energetika naziri Aleksandr Novak ərəb həmkarı ilə telefon əlaqəsi yaradıb. O, OPEC üzvləri və kartelə daxil olmayan neft ölkələri təmsilçilərinin ekstra toplanmasını vacib hesab etmir.

Bu arada neftin barelinin 100 ABŞ dolları səviyyəsinə qalxacağı şübhə doğurmur. Səbəb kimi Səudiyyə Ərəbistanının tezliklə özünü doğruldacağına inamsızlıq göstərilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR