Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi - KORONAVİRUSA GÖRƏ
ABŞ Prezidenti Donald Tramp koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə ümummilli fövqəladə vəziyyət rejimi tətbiq edib.
APA TV “TASS”-a istinadən xəbər verir ki, amerikalı lideri müvafiq açıqlamanı Ağ Evdə xüsusi çağırılmış mətbuat konfransında səsləndirib. Fövqəladə vəziyyət rejimi federal büdcədən ştatların yerli idarəetmə orqanlarına və administrasiyalarına vəsaitin ayırılmasında bürokratik əngəlləri aradan qaldıracaq.
Bundan əvvəl ABŞ rəhbərliyi Konqresdən virisun miqyasının qarşısının alınması üçün 8,3 milyard dollar alıb. ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq etmək hüququ prezidentə məxsusdur.
Bu günədək ABŞ-da 50 dəfədən çox fövqəladə vəziyyət rejimi tətbiq edilib.
OXŞAR XƏBƏRLƏR
17:21
1157
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1201
Növbəti köç karvanları yola salınıb
13:38
1213
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
952
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1084
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2992