Tramp: "ABŞ-da COVID-19-a qarşı pulsuz peyvəndlənməyə başlanır"
ABŞ-da COVID-19 qarşı peyvəndlənməyə başlanacaq.
APA TV-nin xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter"dəki videomüraciətində bildirib.
Prezident deyib ki, ABŞ-ın Ərzaqların Keyfiyyətinə və Dərmanlara Nəzarət İdarəsi "BionTech" və "Pfizer" şirkətlərinin birgə hazırladığı koronavirus peyvəndinin istifadəsini təsdiqləyib.
"Bu gün ölkəmiz tibbi möcüzəyə nail olub. Doqquz ay ərzində təhlükəsiz və təsirli peyvənd yaratmışıq. Bu, tarixin ən böyük elmi nailiyyətlərindən biridir. Ərzaqların Keyfiyyətinə və Dərmanlara Nəzarət İdarəsinin “Pfizer” peyvəndini təsdiqlədiyini məmnuniyyətlə elan edirəm", - deyə Tramp videomüraciətində bildirib.
D. Tramp qeyd edib ki, ABŞ dünyada təhlükəsizliyi və effektivliyi təsdiqlənmiş peyvənd istehsal edən ilk ölkədir. Artıq peyvəndlərin bütün ştatlara göndərilməsinə başlanılıb və 24 saatdan az bir müddətdə peyvəndləmə kampaniyasına başlanılacaq.
ABŞ Prezidenti əlavə edib ki, peyvəndləmə bütün amerikalılar üçün pulsuz olacaq.
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?