Toydan oğurluğa getdi: iz itirmək istəyən şəxs... - POLİS ƏMƏLİYYATI

 

Zaqatalada həmkəndlisinin evindən oğurluq edən keçmiş məhkum tutulub.

APA TV-nin məlumatına görə, rayonunun Aşağı Tala evindən 5000 manat dəyərində qızıl-zinət əşyaları aparıblar.

Polis evə baxış keçirib və dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsini verib. Əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşayan eyni kəndin sakini - Elxan Canımov saxlanılıb. Qızıl-zinət əşyalarının bir qismi ondan maddi sübut kimi götürülüb.

Elxan Canımov həmin gün toy mərasimində olub. Məclisdən çıxan şəxs oğurluq etdikdən sonra izi itirmək barədə də düşünüb. Elxan şübhə doğurmamaq üçün yenidə toy məclisinə qayıdıb.

Araşdırmalar davam edir. Elxan Canımovun bənzər cinayətlərdə iştirakı istisna olunmur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR