Toyda olan qonşusunun evini yardı
Lənkəranda toyda olan qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, rayonun Osaküçə kənd sakini olan bir şəxs polisə müraciət edərək toy məclisində olduqları vaxt naməlum şəxsin yaşadıqları evdən 1 ədəd mobil telefon və 100 manat pul oğurladığını bildirib. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin oğurluq faktını törətməkdə şübhəli bilinən Osaküçə kənd sakini Zamin Nağıyev saxlanılıb. O törətdiyi əməli etiraf edib: “Qonşum toyda idi. Bilirdim ki, ev boşdur, heç kim yoxdur. Getdim bir telefon, 100 manat pul götürüb çıxdım. Pulu xərclədim telefonu da torpağa basdırıb gizlətdim.”
Oğurladığı mobil telefon gizlətdiyi yerdən aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Lənkəran
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı