Toyda kütləvi zəhərlənmə - QƏBƏLƏDƏ

Qəbələ rayonunun kütləvi zəhərlənmə faktı qeydə alınıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Zərgərli kəndində baş verib. Kənd sakini Həsən Dadaşovun həyətində təşkil olunan toy mərasimində iştirak edən qonaqlardan 72 nəfəri qidadan zəhərlənib. Onlardan 40 nəfəri Qəbələ Mərkəzi Rayon Xəstəxanasına, 32 nəfəri Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəstələrin əksəriyyətinin vəziyyəti normallaşıb və onlar ambulator müalicə üçün evə buraxılıb. Hadisə ilə bağlı xəstələrdən laborator təhlil üçün nümunələr götürülüb, araşdırma başlanıb. Hazırda mərkəzi xəstəxanada 5, diaqnostika mərkəzində 3 xəstənin stasionar müalicəsi davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR