Toyda içib kefləndilər, xuliqanlıq etdilər
Şəmkirdə avtoxuliqanlıq edən şəxslər həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, oktyabrın 20-si axşam saatlarında Şəmkir rayon İrmaşlı kənd sakini Vasif Mirzəoğlu dostu və həmkəndlisi Sənan Tağıyevə məxsus “VAZ” markalı avtomobillə, toy mərasimində spirtli içki qəbul etdikdən sonra rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozub və bununla da vətəndaşların haqlı narazılığına səbəb olub.
Sürücülük hüququ olmadan avtomobil idarə edən “sürücü” polis əməkdaşları tərəfindən saxlanılan zaman o, avtomobildə olan digər sərnişinlər - Elmar Adıgözəlov, Sənan Tağıyev və Qismət Hüseynov sərxoş halda polisin qanuni tələblərinə tabe olmayaraq, nalayiq ifadələr işlədərək ictimai xuliqanlıq ediblər.
Saxlanılaraq Polis Şöbəsinə gətirilən şəxslər barəsində protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib