Toyda avtoxuliqanlıq etdi, polisdən qaça bilmədi
Sosial şəbəkələrdə toy karvanında avtoxuliqanlıq edən şəxsin videogörüntüləri yayılıb. Həmin görüntülərin Masallı rayonu "Ərkivan dairəsi" adlanan yerdə çəkildiyi məlum olub. Sürücü gündüz saatlarında nəqliyyatın və piyadaların sıx hərəkətdə olduğu ərazidə nümayişkaranə şəkildə avtoxuliqanlıq hərəkətləri edir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin avtoxuliqanlıq görüntüləri ilə əlaqədar Masallı Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılıb.
Sürücü Yusifəli İsmayılov və avtomobilin sahibi Mirfəttah Fəttahlı müəyyən edilərək barələrində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Yusifəli İsmayılov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs olunub, Mirfəttah Fəttahlı isə cərimə olunub. Bundan başqa, həmin vaxt orada olan və müxtəlif qayda pozuntularına yol verən digər 4 sürücü barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati qaydada protokol tərtib edilib.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib