Toya gələnlər xəstəxanaya aparıldı - İSMAYILLIDA KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
İsmayıllıda toyda 25 nəfər zəhərlənib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Qəzli kəndində qeydə alınıb. Kənd sakini Hüseynov Müşviq Sabəli oğlunun həyətində keçirdiyi məclisə gələn qonaqlardan 25 nəfərinin halı pisləşib, onlarda tez-tez qusma-işləmə əlamətləri olub. Ev sahibi dərhal İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Zəhərlənən şəxslər xəstəxanaya çatdırılıb. Onlardan 5-i uşaq, 20 nəfəri orta yaşlı insanlardır. Zəhərlənən şəxslərdən 4 nəfərin vəziyyəti pis olduğu üçün reanimasiya şöbəsinə, qalanları isə terapiya və uşaq şöbəsinə yerləşdirilib. Onların meyvə şirəsindən zəhərləndiyi ehtimal olunur. Xəstələrə tibbi yardım göstərildikdən sonra 10-a yaxın xəstə ambulator müalicəyə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."