Tovuzda toydan qayıdanlar qəzaya düşdü - 22 YAŞLI GƏNC ÖLDÜ

Tovuzda ağır yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndi ərazisində qeydə alınıb. Rayon sakini 29 yaşlı Nəbi Namazlının idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq öncə yol kənarındakı işıq dirəyinə çırpılıb, daha sonra yoldan çıxaraq kənd sakininin həyətinə aşıb. Qəza nəticəsində rayon sakinləri - 23 yaşlı Taleh Aslanov, 22 yaşlı Murad Səmədov, 23 yaşlı Emil Əmiraslanov və 23 yaşlı Səid Namazov müxtəlif bədən xəsarətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq Murad Səmədov xəstəxanada keçinib. Qeyd edək ki, qəzaya düşənlər toydan gəliblər. Baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR