Tovuzda TIR üç “Jiquli”ni vurdu - 5 YARALI
Tovuzda zəncirvari yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax avtomagistralının Tovuz rayonun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı TIR iki "VAZ-2106" və bir "VAZ-21011" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə beş nəfər xəsarət alıb.
Yaralanan Tovuz rayonunun Alakol kənd sakinləri - 31 yaşlı Elvin Musayev, 62 yaşlı Yelena Rzayeva, Hunanlar kənd sakini, 62 yaşlı Şamama Tağıyeva, Şəmkir rayon sakini, 35 yaşlı Sevil Rüstəmova, Sabirkənd sakini, 7 yaşlı Aylin Rüstəmova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan bildirilib ki, yaralılardan 62 yaşlı Yelena Rzayevanın vəziyyəti ağır qiymətləndirilir. Qəzaya səbəb isə avtomobillərdən birinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək