Tovuzda qəza: ölən və yaralılar var
Tovuzda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Dönük qırıqlı kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21011" markalı minik maşını ilə "VAZ 2107" markalı minik avtomobili toqquşub. Qəza zamanı Dönük Qırıqlı kənd sakini "VAZ 21011" sürücüsü 59 yaşlı Hüseyn Zeynalov hadisə yerində ölüb. 6 nəfər 23 yaşlı Ayşə Aslanova, 30 yaşlı Sabir Alıyev, 58 yaşlı Rəna Məmmədova, 29 yaşlı Əmrah Həsənov, 49 yaşlı Siyavuş Məmmədov və 24 yaşlı Məzahir Əliyev xəsarət alaraq Tovuz rayonun mərkəzi xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan bildirilib ki, onlara ilkin tibbi yardım göstərilib vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV. Tovuz
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib