Tovuzda motosikletçini iki maşın vurub öldürdü
Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində, Tovuz avtovağzalının qarşısında qeydə alınıb.
Belə ki, hərəkətdə olan motosikleti “Toyota Prado” markalı minik maşını vurub. Qəzadan sonra motosiklet əks yolda hərəkətdə olan “VAZ-2106” markalı minik maşınına çırpılıb. Qəza nəticəsində motosikletin sürücüsü, 1984-cü il təvəllüdlü Babək Sabir oğlu Əliyev ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, 35 yaşlı sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, motosikletlə toqquşan avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb. Hazırda onun axtarışları aparılır. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:47
1447
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
1319
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
1324
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
944
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
902
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
920