Tovuzda minik maşını qatarla toqquşdu - İKİ NƏFƏR YARALANDI
Tovuzda minik maşını qatarla toqquşub.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Dondar Quşçu keçidində qeydə alınıb.
"VAZ-21011" markalı minik maşını dəmir yolu keçidini keçən zaman qatarla toqquşub. Nəticədə 26 yaşlı Vahid İsmayılov və 36 yaşlı Hüseyn Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Keçid növbətçisinin sözlərinə görə, qatar gələn zaman minik maşını bağlı keçiddən keçmək istəyib və bu zaman hadisə baş verib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
642
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
632
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
646
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
332
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
327
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
336