Tovuzda mina partladı: Yaralı var
Bu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışı baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumata görə dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar. Onun sol ayağından xəsarət aldığı bildirilir. Hazırda xəstəxanada müalicəsi davam etdirilir. Abdulla Ələsgərov həmin əraziyə mal-qara otarmaq üçün getdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:44
459
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
18:43
375
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
16:47
572
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
20:35
1076
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
19:51
1116
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
19:50
987