Tovuzda kef məclisi qanla bitdi – 32 YAŞLI KİŞİ ÖLDÜRÜLDÜ

Tovuzda 32 yaşlı kişi bıçaqlanaraq öldürülüb.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Əlmərdanlı kəndinin yaxınlığında, Kür çayı sahilində qeydə alınıb.

 

Rayon sakini Asif Elqam oğlu İbrahimov ürək nahiyəsindən bıçaqla vurulub. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə aparılıb.

 

Araşdırma zamanı məlum olub ki, gənci bıçaqlayan rayon sakini Fəxrəddin Məmmədovdur. Tovuz Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs saxlanıb. O, ilkin dindirilmə zamanı qətl törətdiyini etiraf edib.

 

Bildirilir ki, adı çəkilən şəxslər birlikdə yeyib-içdikdən sonra onların arasında mübahisə düşüb. Mübahisə qanlı sonluqla bitib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR