Tovuzda keçmiş məhkumdan narkotik götürüldü
Tovuz dəmir yolu stansiyasının ərazisində üzərində narkotik gəzdirən keçmiş məhkum saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə stansiyasında Xətt Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Tovuz sakini, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan 59 yaşlı Rəhman Cəfərov saxlanılıb.
Baş müstəntiq Natiq Əliyarovun sözlərinə görə, saxlanılan şəxsin üzərindən 455 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb: “Gəncə stansiyasında Xətt polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən çəkidə narkotik vasitə onun üzərindən aşkarlanaraq götürülüb. Faktla bağlı tərəfimdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılıb və hal-hazırda istintaq davam etdirilir”.
Sayca dördüncü dəfə məhkumluq həyatı yaşayacaq Rəhman Cəfərov sonuncu dəfə ötən ilin oktyabr ayında azadlığa çıxıb. O, istintaqa ifadəsində narkotik aludəçisi olduğunu etiraf edib: “Tovuz rayonunun Cırdaxan kəndindən yığmışdım. Özüm bunun xəstəsiyəm. Aparırdım evə dəmir yolunun kənarında iki polis məni saxladı. Üstümə baxış keçirdilər şöbəyə apardılar”.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib