Tovuzda karantin rejimini pozan iaşə obyektləri aşkarlanıb
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.
APA TV-nin xəbərinə görə, keçirilən reyd zamanı məlum olub ki, bəzi sahibkarlar polis əməkdaşlarının bütün tədbirlərinə baxmayaraq, fəaliyyətlərini davam etdirməyə çalışır.
Polis əməkdaşlarının rayonun müxtəlif yerlərində keçirdiyi tədbirlər zamanı hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən çay evi, gözəllik salonu, kafe kimi iaşə obyektlərinə rast gəlinib. Həmin sahibkarlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb, obyektlərin bağlanması təmin edilib.
Tovuz polisi müvafiq reydləri davam etdirir.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV Tovuz
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?