Tovuzda baş verən yanğında bir nəfər xəsarət alıb
Tovuzda yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb. Kənd sakini Sahib Həsənova məxsus 80 m² olan birmərtəbəli evdə anidən yanğıb başlayıb. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin yanar konstruksiyaları yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı ev sahibinin qızı Nigar Həsənova müxtəlif yanıq xəsarətləri alıb. Yanıq xəsarəti alan Nigar Həsənova xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə yanğın, elektrik naqillərində yaranan qısa qapanmadan baş verib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:54
1186
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
1178
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
2322
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1507
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1936
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
1104