Tovuzda bankomatdan pul oğurlayan tutuldu
Tovuzda bankomatların qarşısında vətəndaşların etibarından sui-istifadə edərək onların bank kartlarındakı pulu ələ keçirən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Asim Həsənov bir neçə vətəndaşın bank kartından pulu mənimsəyərək onlara 4307 manat miqdarında maddi ziyan vurub. Bundan başqa istintaq zamanı saxlanılan şəxsin 2 fərdi yaşayış evindən oğurluq etməsi də məlum olub. Saxlanılan şəxsin respublikanın digər şəhər və rayonlarında analoji cinayətlər törətməsi istisna edilmir. Odur ki, həmin şəxslərin əməllərindən zərər çəkən vətəndaşların Tovuz rayon Polis Şöbəsinə, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə eləcə yaşadıqları ərazi üzrə polis orqanlarına müraciət etmələri tövsiyə olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."