Tovuzda avtomobilin vurduğu piyada xəsarət alıb
Tovuzda yol nəqliyat hadisəsi baş verib.
APA TV xəbər verir ki, qəza zamanı piyadanı avtomobil vurub. Hadisə rayonun Heydar Əliyev adına parkın qarşısında qeydə alınıb.
Avtoqəza zamanı "Lada Priora" markalı minik maşını yolun qarşı tərəfə keçmək istəyən Tovuz rayon Alakol kənd sakini, 2000-ci il təvəllüdlü Rüstəmov Amil Elman oğlunu vuraraq ona xəsarət yetirib.
Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
1826
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1815
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1880
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1416
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1994
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
2023