Tovuzda adam öldürən şəxs həbsxanada özünü öldürdü
Gəncədə istintaq təcridxanasında intihar hadisəsi baş verib.
Hadisə Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında qeydə alınıb. Orada saxlanılan məhkum, Tovuz rayon sakini Əhmədov Maksim Mehdi oğlu damarını şüşə ilə kəsərək özünü öldürüb.
İlkin məlumata görə, məhkum, barəsində bir neçə gün əvvəl çıxarılan məhkəmə hökmünə etiraz olaraq bu addımı atıb.
Faktla bağlı araşdırma başlanıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətindən APA-ya faktı təsdiq ediblər. Araşdırma aparılır.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü Maksim Mehdi oğlu Əhmədov qətl törətdiyinə görə həbs olunub. O, ötən ilin dekabr ayında Tovuzun İbrahimhacılı kəndində 1964-cü il təvəllüdlü Ənvər Alırzayev və qardaşı 1960-cı il təvəllüdlü Fərman Alırzayevi bıçaqlayıb. Ənvər Alırzayev ölüb.
Məhkəmənin hökmü ilə Maksim Əhmədova 18 il həbs cəzası verilib.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək