Tovuzda 30 yaşlı qadın və yeniyetmə qız itkin düşdü
Tovuz rayonunda itkin düşən şəxslər axtarılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, 1992-ci il təvəllüdlü Məhəbbət Əsgərova iyul ayının 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bundan başqa, Tovuz rayon Polis Şöbəsinə daha bir şəxsin itkin düşməsi barədə məlumat daxil olub. Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Hava Məmmədova avqust ayının 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR
19:50
518
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
565
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
525
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
921
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
930
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
926