Tovuzda 25 yaşlı gənc bıçaqlanıb

Tovuzda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Avılbəyli kəndində qeydə alınıb. 25 yaşlı kənd sakini Elşən Hümbətov naməlum şəraitdə bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat olunan gəncin vəziyyətinin kafi olduğu bildirilir. E.Hümbətovun hansı şəraitdə bıçaqlandığı məlum deyil. Hadisəni törədən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat axtarışlarına başlanıb. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR