Tovuz sakini qonağını güllələyib
Sentyabrın 19-u axşam saatlarında Tovuz rayon Polis Şöbəsinə rayonun Humanlar kənd sakini, 53 yaşlı Ələsgər Ələsgərovun sağ budunun güllə yarası diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilməsi barədə məlumat daxil olub.
Bu barədə APA-ya DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri araşdırmalar nəticəsində məlum olub ki, Ələsgər Ələsgərov tanışı Əli Salmanov ilə birlikdə həmkəndlisi Ədalət Verdiyevin evinə qonaq gəlib, sonuncular şəxsi münaqişə edən zaman ev sahibi özünəməxsus, müvafiq sənədləri olan ov tüfəngi ilə Əli Salmanova atəş açarkən Ələsgər Ələsgərov yaralanıb.
Keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."