"Toppuş bacı" əməliyyat olundu - HƏKİMLƏR XƏSTƏLİYİNİ AÇIQLADI

"Toppuş bacı" ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyevanın mədə kiçiltmə əməliyyatı keçirdiyi üçün xərçəng xəstəliyinə düçar olduğu əsas gətirilir. Bütün bunlar cəfəngiyyatdır. Çünki heç bir bariatrik əməliyyat onkoloji proses yaratmır".  
 

Bunu  APA TV-yə müsahibəsində Azərbaycan Tibb Universitetinin (ATU) I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, laparoskopik-bariatrik cərrah Taryel Ömərov deyib .

 

Mütəxəssis hesab edir ki, xərçəng xəstəliyinin illər ərzində yaranır. Tünzalə xanımın səhhətində yaranan bu xəstəliyin də 5 illik tarixi var:

 

"5 ay öncə əməkdar artist Tünzalə Əliyeva mədə kiçiltməsi əməliyyatı olunub. Tünzalə xanım əməliyyat olunanda 127-129 kiloqram çəkidə olub. Əməliyyatdan keçən 3 ay ərzində mütəmadi olaraq danışmışıq, müayinələrə gəlib. Əməliyyatının üçüncü ayında Tünzalə xanım ginekoloji problemi olduğunu bizə dedi və əlavə etdi ki, illər öncədən yaranan bir problemdir. Elə buna görə də Tünzalə xanıma onu müayinə edən ginekoloq iki il öncə övladını qeysəriyyə yolu ilə dünyaya gətirməyi məsləhət görüb, təbii doğuşa icazə verilməyib. Uşaqlıq boynunun xərçənginin əmələgəlmə risk faktorlarının içərisində "Human-popiloma" dediyimiz "insan popiloma" virusu bu prosesin yaranmasında 95 faiz etioloji faktordur.

 

Mütəxəssis deyir ki, "insan papilloma"sı adlanan virusla mübarizə aparılmadığı tədqirdə bu xəstəlik uşaqlıq boynunun xərçəngi xəstəliyinı çevrilə bilər:

 

"Ginekoloji problemlərdə atbizasiya - yəni onkoloji xəstəlik önü diaqnozu təyin olunub. Biopsiya matrealı götürülüb. Müayinənin cavabında isə bildirilib ki,  pasiyentdə endomatreal qaşıntı və uşaqlıq boynundan götürlmüş "Qreyt 3 - atbizasiysa "  və odinamatoz problem inkar edilmir. Elə buna görə də pasiyentimizə onda gələcəkdə onkoloji problem üzə çıxa bilər deyə xəbərdarlıq etdik. Tünzalə xanım xəbərdən sarsıldı. Beləliklə, Milli Onkoloji Mərkəzə müraciət  edildi".

 

Tünzalə Əliyeva dünən Milli Onkologiya Mərkəzinin onkoqinekoloqiya şöbəsinin müdürü Şəmistan Alıyev tərəfindən əməliyyat olunub:

 

"Tünzalə xanım "uşaqlıq boynunun onkoloji önü" adlı diaqnoza görə ginekoloji bir əməliyyat keçirib. Hər an xərçəng xəstəliyi ola bilər deyə radikal, total-historektamiya əməliyyatı uğurla başa çatıb. Əməliyyat zamanı və əməliyyat önü pasientdə uzaq və yaxın metastaz aşkar edilməyib. Bunu deməyə Tünzalə xanımın əlimzdə olan müayinələrinin cavabı əsas verir. Gələcəkdə Tünzalə xanımın səhhətində ciddi bir problem yaşanmasın deyə Şəmistan Alıyev tərəfindən keçirilən cərrahi əməliyyat çox uğurla da nəticələnib. Hazırda Mİlli Onkologiya Mərkəzində reanimasiyadadır. Artıq iki dəfə əlaqə də saxlamışıq vəziyyəti stabildir, yaxşıdır".

 

"Toppuş bacı", yastığınız yüngül olsun, sizin timsalınızda bütün xəstələrə Allahdan şəfa diləyirik!

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR