"Tik-Tok"da paylaşım etdilər, polis saxladı
İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücüləri saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Cəbrayıl rayon sakini Nicat Məmmədov, İmişli rayon sakinləri Ravi Qarayev və Kənan Məhəmmədov idarə etdikləri “VAZ” və "Hyundai" markalı avtomobillərlə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və həmin avtoxuliqanlıq hərəkətlərini "Tik-Tok" sosial şəbəkəsində paylaşıblar.
Həmin şəxslər İmişli RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və barələrində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün İmişli rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Nicat Məmmədov və Ravi Qarayev 500 manat məbləğində cərimə edilməklə 1 il müddətinə sürücülük hüququndan məhrum ediliblər, Kənan Məhəmmədov isə 15 sutka inzibati qaydada həbs edilib və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib