Ticarət Mərkəzində baş verən yanğı zamanı xəsarət alan olmayıb
Bakıda Ticarət Mərkəzində baş verən yanğınla bağlı bəzi təfərrüatlar məlum olub.
FHN-dən APA TV- yə bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən ikimərtəbəli ictimai iaşə obyektində baş vermiş yanğın görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində obyektin ikinci mərtəbəsində yerləşən restoranın təxminən 240 kvadrat metr sahəsi yanıb. Yanğının binanın birinci mərtəbəsinə və bitişik yerləşən obyektlərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı birinci mərtəbədə yerləşən mağazalardakı malların yanğınsöndürən və xilasedicilər tərəfindən çıxarılaraq təhlükəsiz əraziyə daşınması təmin olunub.
Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə