Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyana qalib gəlib
Onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final görüşlərinə yekun vurulub.
APA TV-nin məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov yarışın qalibi adını qazanıb.
34 yaşlı şahmatçı finalda Ermənistan təmsilçisi Levon Aronyana qalib gəlib. İlk görüşdə 2,5:1,5 hesabı ilə qələbə qazanan həmyerlimiz bu gün ikinci dueldə də rəqibinə gücünü göstərib. Rəcəbov 3 görüşdən (2:1) sonra çempion tituluna yiyələnib. 4-cü matçın heç bir əhəmiyyəti qalmadığından oynanılmayıb. Çünki Aronyan qalib gələcəyi halda belə qrossmeysterimiz iki günün nəticəsinə əsasən heç-heçə sayəsində də birinci olacaqdı.
Teymur bu qələbə sayəsində 60 min dollar mükafata da sahib olub.
Qeyd edək ki, 200 min dollar mükafat fondu olan turnirdə 12 şahmatçı mübarizəyə başlayıb. Dairəvi sistemlə keçirilən ilk mərhələdən sonra 8 iştirakçı nokaut sistemi ilə yarışı davam etdirib.
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?