Teymur Mustafayev xalqdan kömək istəyir
Həkimlər, ictimai fəal gənc Teymur Mustafayevə ağır onurğa-beyin travması, əl və ayaqların iflic olması diaqnozu qoyub. Bu günə kimi bir neçə dövlət qurumlarında çalışan müsahibimiz deyir ki, yenidən sağlamlığına qovuşması üçün onu bir neçə əməliyyat və reabilitasiya prosesi gözləyir. Müalicəsi də xaricdədir. Amma buna maddi imkanı yoxdur. O, 2022-ci ilin martında ağır avtomobil qəzası keçirib və indiyə qədər bir çox yerlərdə müalicə alıb. Amma heç bir irəliləyiş yoxdur. Qeyd edək ki, Teymur Mustafayev, xalq artisti, mərhum sənətkarımız Teymur Mustafayevin nəvəsidir.Teymur Mustafayevə kömək etmək istəyənlər Teymurun Kapital Bankda açılan 4169 7388 1655 6546 hesab nömrəsinə pul köçürə və ya 050 441 35 74, 051 958 84 13 mobil nömrələri ilə əlaqə saxlaya bilərlər. AYTƏN SAKİTQIZI FARİZ QULUYEV APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi