Təxribat erməni korpus komandirinin əmri ilə həyata keçirilib
Ermənistan və Azərbaycan münasibətlərinin normallaşması istiqamətində müsbət addımlar atılanda Ermənistan tərəfindən siyasi və hərbi təxribatlara şahid oluruq.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Şimalı Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, bu, ilk hal deyil: “Azərbaycan tərəfi məsələni araşdırır, ancaq ilkin rəylərə əsaslansaq, aydın olur ki, bu planlaşdırılmış təxribat idi. Xüsusi təyinatlıların korpus komandirinin orada olması göstərir ki, bu, onların göstərişi ilə həyata keçirilib, bu adi hərbçinin qərarı deyildi. Bu bir daha onu göstərir ki, bu təxribatın arxasında plan olub”.
Xarici işlər naziri onu da vurğulayıb ki, təxribat baş verən yerə yaxın ərazilərdə sürətli quruculuq işləri gedir: “Bu təxribatların törədilməsi bizim vətəndaşlarımızın azad olunmuş ərazilərə qayıtmasına mane olmaq istiqamətində atılan addım kimi başa düşülə bilər. Ermənistan bu təhlükəli və təhrikedici addımlarından çəkinməlidir, bunun nəticələri Ermənistan üçün ağır ola bilər, necə ki, bu dünən belə oldu”.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı