"Texas light" neftinin qiyməti mənfi 38 dollara düşüb - TARİXDƏ İLK DƏFƏ
Amerikanın “Texas light” (WTI) markalı neftinin qiyməti Nyu-York birjasında 300 faiz ucuzlaşaraq bir barel üçün -37,63 dollara enib.
APA TV xəbər verir ki, Bakı vaxtı ilə saat 23:35-ə olan məlumata görə, “WTI” neftini mənfi səviyyəyə düşərək tarixi antirekord vurub.
Belə bir sensasiyalı eniş çərşənbə axşamının bu neftin satışının son günü olacağı ilə əlaqələndirilir. Eyni zamanda, bu xammal nefti saxlayacaq yer yoxdur – tələb kəskin şəkildə aşağı düşüb və saxlanc yerləri doludur.
Koronavirus pandemiyası nəticəsində ölkələr sərhədləri bağlayıb, müəssisələr işini dayandırıb ki, bu da neftə tələbin kəskin azalmasına səbəb olub.
OXŞAR XƏBƏRLƏR
16:28
464
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
573
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2587
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2306
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2294
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1481