"Testere Necmi" öldü

 

Türkiyənin tanınmış aktyorlarından olan Tarık Ünlüoğlu vəfat edib.

APA TV-nin xəbərinə görə, 62 yaşlı sənətçi uzun zamandır müalicə olunurdu.

Qeyd edək ki, Reşat Tarık Ünlüoğlu 16 noyabr 1957-ci ildə anadan olub. Ankara Dövlət Konservatoriyasında opera fakültəsində təhsil aldıqdan sonra teatr fakültəsinə keçib. İyirmi ildən artıq müddətdə Ankara Dövlət Teatrında çalışıb, daha sonra İstanbul Dövlət Teatrına keçib.

Tarık Ünlüoğlu teatrdakı fəaliyyəti ilə yanaşı, kino sahəsində də çalışıb, bir çox serial və bədii filmdə rol alıb. "Kurtlar vadisi" serialında "Testere Necmi" rolu ilə daha da məşhurlaşıb. Onun son işlərindən biri “Eşkiya dünyaya hükümdar olmaz” serialında canlandırdığı "Ünal Kaplan" rolu idi.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR