Təsərrüfata 10 minə yaxın ziyan dəyib
Bərdədə canavar təsərrüfata hücum çəkib. Nəticədə 20 baş xırdabuynuzlu heyvan tələf olub. Hadisə rayonunun Tumaslı kəndində, Rza Hüseynova məxsus təsərrüfatda baş verib. Gecə saatlarında tövləyə girən canavar 20 baş xırdabuynuzlu heyvanı parçalayıb, 30-nu isə yaralayıb. Təsərrüfat sahibi bildirib ki, baş verən hadisə zamanı ona 10 min manata yaxın ziyan dəyib. Rayon Baytarlıq İdarəsi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfata baxış keçirilib. Tələf olmuş heyvanlar baytarlıq xidmətinin əməkdaşları tərəfindən dərmanlanaraq basdırılıb. Təsərrüfatda quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb. Emin Babayev, Fəzail Səfərov, APA TV
OXŞAR XƏBƏRLƏR
19:26
974
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
19:11
932
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
10:12
1281
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 193 sakin yurda döndü
17:30
1317
Önümüzdəki günlərdə HAVA NECƏ OLACAQ? – AÇIQLAMA
17:28
1345
Şərurun hülüsü niyə bu qədər məşhurdur?
17:28
1050