Tərtərin Səhləbad kəndində fosforlu mərmi aşkarlanıb
Tərtərin Səhləbad kəndində fosforlu mərmi aşkarlanıb.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları tərəfindən aşkarlanan 122 mm mərminin içərisində 3 kq 800 qram ağ fosfor və başqa qatqılar olub.
Partlamamış sursat zədə aldığından onda sızıntı aşkarlanıb. ANAMA-nın əməliyyat meneceri Mədət Məmmədov deyir ki, baş verən sızıntının qarşısı alınıb: “Yaşayış məntəqəsi nəzərə alınaraq atılmış bir mərmidir. Yaşayış məntəqəsindən təxminən evlərdən 60-70 metr aralı bir məsafədə düşüb. Hanasısa bir texniki nasazlıqdan mərmi partlamamış və sapma nəticəsində düşdüyü yerdən 200 metr məsafədə uçaraq bağın içinə düşüb”.
Düşmən tərəfindən atılan fosforlu mərmi təhlükəsiz əraziyə aparılaraq zərərsizləşdirilib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən Tərtərin Səhləbad kəndinə ötən gün 3 ədəd fosforlu mərmi atılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək