Tərtərin işğaldan azad olunmuş ərazilərində traktor minaya düşdü, traktorçu yaralandı
Tərtər rayonunun işğaldan azad olunmuş ərazilərində traktor minaya düşüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, nəticədə traktorçu, Tərtər rayon Seyidimli kənd sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu əl və üz nahiyəsindən xəsarətlər alıb.
Elgün Ələkbərov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan Elgün Ələkbərovun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.
Elgün Ələkbərovun sözlərinə görə, hadisə iş prosesi zamanı qeydə alınıb: “Həmin vaxt traktorla işləyirdim. Birdən partlayış baş verdi. Traktoru qara tüstü bürüdü. Özümü traktordan kənara atdım. İlk öncə əlimi və ayaqlarımı yoxladım. Gördüm ciddi yaram yoxdur. Amma əlim üzüm qan içində idi. Əlimi başıma vuranda gördüm ki, başım və üzümdən də yaralanmışam. Özüm ayağa qalxıb yaxınlıqdakı sahəyə getdin. Orada işləyən aqronom məni xəstəxanaya çatdırdı".
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar