Tərtərdə zəncirvari qəza baş verdi
Tərtərdə ağır yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Təbriz Cabbarovun idarə etdiyi "Toyota Prius" markalı minik maşını ilə Paşa Sabirzadənin idarə etdiyi "KİA Optima" markalı minik maşını toqquşub. Zərbənin gücündən "Toyota Prius" markalı avtomobil yolun kənarında dayanmış rayon sakini Ricay Səmədova məxsus “Mercedes” markalı mikroavtobusa dəyib. Nəticədə "Toyota Prius" un sərnişini Xəyal Rüstəmzadə hadisə yerində ölüb, digər avtomobillərdə olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Tərtər rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb araşdırma aparılır.
Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə