Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olundu
Tərtərdə minaya düşən şəxsin sağ ayağının bir hissəsinin travmatik ambutasiyası həyata keçirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Tərtərin Borsunlu kəndi ərazisində minaya düşən kənd sakini 45 yaşlı Verdiyev Niyaməddin Hikmət oğlu Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Xəstəxanın həkim travmatoloqu Hafiz Əliyev bildirdi ki, zərərçəkənin vəziyyəti orta ağırdır.
Tərtər Rayon Prokurorluğunun apardığı araşdırma nəticəsində məlum olub ki, Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın dizdən aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR
13:54
1357
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
1344
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
2485
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1523
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1949
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
1119