"Tərtər işi” ilə bağlı həbs olunan Rahib Məmmədov KİMDİR?
"Tərtər işi” ilə bağlı həbs olunan Rahib Məmmədovun kimliyi ilə bağlı bəzi məlumatlar məlum olub.
APA TV xəbər verir ki, Rahib Məmmədov həbs olunana qədər ədliyyə mayoru rütbəsində hərbi hüquqşünas kimi xidmət edib. O, həmçinin Rahib Bəşər imzası ilə tanınan şairdir.
Rahib Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” və “Azərbaycan Bayrağı” mükafatları laureatıdır.
Onun "Həyat eşqi", "Sevgi Dünyam", "Zirvəyə doğru" adlı kitabları nəşr olunub.
Xatırladaq ki, Rahib Məmmədov “Tərtər işi” ilə bağlı həbs olunub.
O, Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR
18:25
627
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
16:29
723
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
16:25
633
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
16:59
1146
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
1058
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
957