Terrorçuluqda ittiham olunan ermənilərin məhkəmə istintaqı başa çatdı
Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi davam edib.
APA TV-nin məlumatına görə, bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib.
Sənədlərdə qeyd edilib ki, İşxan Sarqsyanın telefonuna baxış zamanı 2019-cu il çəkilmiş faylda Azərbaycanın Tovuz rayonun Ağbulaq kəndinin koordinatları müəyyən edilib. Həmin kənddən 40 km aralıda - Əyyublu kəndinin ərazisində Bakı-Tbilisi-Ceyhan Neft Kəmərinin stansiyası mövcuddur.
İşxan Sarqsyanın telefonuna keçirilən baxış zamanı 2021-ci ilin may ayının 27-də Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndinin mina düzülmədən qabaqkı görüntüləri də aşkar edilib.
Daha sonra məhkəmə istintaqının başa çatdırıldığı elan olunub.
Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi fevralın 28-nə təyin edilib.
OXŞAR XƏBƏRLƏR
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib
“Halal iqtisadiyyat və İslam maliyyəsi: yeni imkanlar” – MÜSAHİBƏ
IsDB-nin İllik Toplantıları çərçivəsində bir sıra maliyyə və investisiya sazişləri imzalanıb
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib