Təmir üçün gətirilən maşınlar sexlə birlikdə yandı
Lənkəranda yanğın hadisəsi olub.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə Gərmətük qəsəbəsində baş verib. Təranə Cəfərovaya məxsus ümumi sahəsi 350 kvadratmetr olan təmir sexində yanğın qeydə alınıb. Hadisə zamanı sexdə təmirdə olan “VAZ 2106” və “Mercedes” markalı avtomobillər də yanıb. Əraziyə 3 yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib. Sexin 70 kvadratmetri əşyalarla birlikdə yanıb, qalan sahə yanğından mühafizə olunub.
Zərərçəkən Ramiq Əmirov çarəsiz qaldığını deyir: “Təmirə gətirmişdim 3 gün əvvəl, dünən axşam zəng elədilər hadisə verib”.
Digər zərərçəkən Elçin İbrahimov isə başına gələnləri belə anladır: “Maşını gətirmişdik təmirə, xoddanmadı, gətirdim qoydum bura. Üstündən 3 saat keçdi zəng elədilər ki, maşının yanıb. Mən də gəldim gördüm ki, vəziyyət belədir”.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov,
Rövşən Əzimov,
APA TV
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib