Təlimlərdə yolunu azdı
Rusiya ordusunun daha bir adlı-sanlı zabiti Ukraynada gedən döyüşlərdə öldürülüb. Mariupol ətrafında gedən döyüşlər zamanı Rusiya dəniz piyadalarının 810-cu briqadasının komandiri, polkovnik Aleksey Şarov məhv edilib. Bu haqda Ukrayna ordusunun zabiti Anatoli Ştefan özünün Twitter səhifəsində yazıb.
APA TV-nin xəbərinə görə, “Dəniz piyadalarının Jukov ordenli 810-cu qvardiya əlahiddə briqadasının komandiri, polkovnik Aleksey Şarov (Mariupolda). “Təlimlərdə “yolunu azdı” , amma indi evə düz qayıdacaq. Düşmənlərə ölüm!”, - zabit yazıb.
Bundan əvvəl Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının komandan müavini, 3-cü dərəcəli kapitan Aleksey Raliy də Mariupol ətrafında gedən döyüşlərdə məhv edilmişdi. Daha əvvəl isə Rusiya ordusunun diviziya komandiri, general Oleq Mityayev Mariupol ətrafındakı döyüşlərdə “Azov” polkonun döyüşçüləri tərəfindən öldürülüb.
OXŞAR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir