Tələbələr Səhiyyə Nazirliyi qarşısında aksiya keçirdi

Ötən il rezidenturaya ödənişli qəbul olmuş tələbələr bu gün Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirib.

 

APA TV-nin xəbərinə görə, onlar bundan əvvəl rezidenturaya qəbulun ödənişli olmadığını bildiriblər. Bu səbəbdən təhsillərinin ödənişsiz təşkil edilməsi ilə bağlı çağırış ediblər: “Biz 2018-ci ildə qəbul olan rezidentlərik və ödənişlidə oxuyuruq. Bu il isə ödənişli rezidentura olmadı. Oldusa da, az oldu. Biz istəyirik ki, bizim ödənişləri ləğv etsinlər və biz ödənişsizə köçək. Səbəb də odur ki, bu il 200-ə yaxın yer ödənişsiz qalıb. 1200-ə yaxın abituriyenti ödənişsiz yerə köçürdülər. Biz də ödənişsiz yerə köçürülməyimizi istəyirik”.

 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb. Açıqlamada bildirilib ki, qeyd olunan məsələnin həlli nə universitet rəhbərliyi, nə də Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aiddir. Səhiyyə Nazirliyi bu məsələnin həlli, yəni ötən il rezidenturaya qəbul olmuş rezidentlərin ödənişsiz təhsilinin təmin olunması ilə bağlı müvafiq olaraq Təhsil Nazirliyi və Maliyyə Nazirliyinə müraciət edib. Hazırda həmin müraciətə cavab gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR