Təhsil Nazirliyi: 8 və 16 may dərs günü olacaq
Mayın 8-i (şənbə günü) və 16-sı (bazar günü) dərs günü olacaq.
APA TV xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, may ayının 8-i və 16-sı müəllimlər üçün iş günü, şagirdlər üçün dərs günüdür.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.
Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.
OXŞAR XƏBƏRLƏR
19:45
713
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
725
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1197
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
917
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
16:19
885
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
18:07
922