Təhsil almağa gedən zabitlərlə bağlı problemlər də var - Məlahət İbrahimqızı
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı Prezidentimiz xalqımıza hədiyyə verdi”.
APA TV xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, bu gün azad olunmuş ərazilərdə elə möhtəşəm layihələr həyata keçirilib ki, buna təəccüblənməmək olmur: “Təkcə iki beynəlxalq hava limanına baxaq. Avropada elə ölkələr var ki, orada heç hava limanı yoxdur”.
Deputat Koreyada Şuşanın dünyanın tarixi şəhərlər sırasına daxil edildiyini xatırladıb: “Bu, Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın apardığı təbliğatın nəticəsi idi. Ermənilər çox çalışdılar ki, Şuşanı erməni şəhəri kimi tantısınlar, amma bu, alınmadı”.
Məlahət İbrahimqızı təklif edib ki, dövlət proqramı çərçivəsində Türkiyədə təhsil alan tələbələrin təqaüdü artırılsın: “Bu təqaüd o qədər aşağıdır ki, mən onu səsləndirməyi özümə sığışdırmıram.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək