Tehran və Bakıdan İrəvana sürpriz: Əlində heç nə qalmadı
“Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni siyasi-iqtisadi reallıqlar regional əməkdaşlığın inkişafına böyük töhfələr verir. Dünya ölkələri ilə tərəfdaşlıq münasibətlərinin inkişafına hər zaman önəm verən Azərbaycan regionda planlaşdırılan layihələrdə, xüsusilə qonşu dövlətlərin iştirakında maraqlıdır. Bu mənada, İran İslam Respublikasının da Azərbaycanla əlaqələrinin inkişafı istiqamətində aparılan siyasət mühüm əhəmiyyət kəsb edir”.
Bu fikirləri APA TV-yə deputat Elşad Mirbəşir deyib.
Onun sözlərinə görə, Azərbaycanla İran arasında Azərbaycanın qərb əraziləri ilə Naxçıvanı birləşdirəcək yeni nəqliyyat əlaqəsinin yaradılması haqqında razılaşmanın əldə olunması hər iki ölkə üçün tarixi hadisədir:
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə regional inkişafın yeni mərhələsini yaratmaqla yanaşı, yeni əməkdaşlıqlar platformasının formalaşmasını da şərtləndirib. Bu mənada, İran-Azərbaycan münasibətlərinin inkişafı da xüsusi qeyd edilməlidir.
O qeyd edib ki, İran-Azərbaycan-Rusiya əməkdaşlığının nəticəsi kimi ortaya çıxan Şimal-Cənub nəqliyyat dəhlizi böyük İpək Yolunun mühüm tərkib hissəsinə çevrilib. Bu dəhliz Şərq-Qərb tranziti üzrə də yükdaşımalarda mühüm rol oynamaqdadır. Bu mənada, region dövlətləri arasında əməkdaşlıqların inkişafı bölgənin ümumi inkişaf tempini artırmağa xidmət göstərir.
Sevinc Vaqifqızı
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ