TƏBİB koronavirusun əsas əlamətlərini açıqlayıb
“Yeni koronavirusun əlamətləri digər tənəffüs yolu xəstəliklərinə oxşardır. Xüsusi əlamətləri yoxdur”.
APA TV xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər uzmanı Fərrux Sədirov deyib. O, xəstəliyin əlamətlərini sadalayaraq bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının bu yaxınlarda verdiyi statistik rəqəmlərə baxanda yeni koronavirus üçün ən çox qeyd olunan əlamət qızdırmadır. İkinci sırada quru öskürək, üçüncü yorğunluq, halsızlıq, digər sıralarda isə bəlğəm, nəfəs darlığı, boğaz və qarın ağrısı kimi əlamətlər yer alır.
OXŞAR XƏBƏRLƏR
17:21
1071
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1116
Növbəti köç karvanları yola salınıb
13:38
1131
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
944
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1073
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2983