Teatr direktorları özünü ağa kimi aparır - Aqil Abbas
“Son zamanlar teatrlardan müraciətlər çoxdur. Yaşlı aktyorları məcburi qaydada təqaüdə göndərirlər”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, sənətkarın yaşı olmur: “Şairə demək olar ki, 85 yaşdan sonra şeir yazma? Sənətkar yaradıcı adamdır. Aktyor da eləcə. Xüsusilə Gənc Tamaşaçılar Teatrı və başqalarından söhbət gedir. Mədəniyyət Nazirliyi bu işə əncam çəkməlidir. Teatr direktorları özlərini ağa kimi aparırlar. Sanki özlərinə ayrı respublika yaradıblar və orada özlərini prezident kimi hiss edirlər. Tariyel Qasımov Azərbaycanın ən böyük aktyorlarından biridir, onu istefaya göndəriblər. Eləcə də başqalarını. Seyid Şuşinski, Xan Şuşinski neçə yaşına kimi oxuyub, o halda onlara deyərdik ki, oxuma?! Teatrları veriblər direktorların əlinə, onlar da istədiyi kimi davranır. Mədəniyyət Nazirliyi bu məsələyə diqqəti artırsın”.
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə